Azərbaycan çempionatında 2-ci günün nəticələri

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatına start verilib. ADBTİA-nın stadionunda keçirilən ölkə çempionatında Bakı, Gəncə, Sumqayıt, Ordubad, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140-a yaxın atlet mübarizə aparır.
Qeyd edək ki, 2 gün davam edəcək Azərbaycan çempionatı Paris Yay Olimpiya Oyunlarına, həmçinin 7-12 iyun tarixlərində Romada təşkil olunacaq Avropa çempionatına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda 95-ci ölkə çempionatı İzmirdə keçiriləcək Balkan çempionatına seçim xarakteri daşıyır.
Qeyd: Milli komandamızın baş məşqçisi Hakim İbrahimov müsahibəsində Avropa çempionatında hələ ki, 2 atletimizin - Nazim Babayev və Anna Skidanın iştirakının dəqiqləşdiyini bildirib.
Uzunluğa tullanma
1. Nazim Babayev
2. Kəsgin Abbaszadə
3. Hüseyn Abasov
Uzunluğa tullanma
1. Veronika Antropova
2. Mehri Nadirova
3. Aysel Mehralıyeva
200 metr məsafəyə qaçış
1. Aleksey Əliəkbərov
2. Novruz Əsədli
3. Cavid Məmmədov
200 metr məsafəyə qaçış
1. Fəridə Rzayeva
2. Safiya Kərimova
3. Ləman İsfəndiyarova
800 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Səid Məmmədov
800 metr məsafəyə qaçış
1. Günel Manafova
2. Fidan İslamova
3. Zəhra Şirəliyeva
3000 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Əmrah Nağıyev
3. Mehdi Əkbərov
3000 metr məsafəyə qaçış
1. Cəmilə İrəfiyeva
2. Sevgi Yusifova
3. Xatirə Hidayətzadə
110 metr məsafəyə sədlərlə qaçış
1.Əmir İsmayılov
Çəkic atma
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Rasim Babayev
Lövhə atma
1. İsmayıl Əliyev
2. Yusif Nəzərov
3. Rasim Babayev
