Ukrayna Kişi Voleybol Millisi Rumıniyanı 3:1 Məğlub Edib

Azərbaycanda təşkil olunan kişi voleybolçular arasında Qızıl Avropa Liqasının 1-ci turu çərçivəsində növbəti oyun baş tutub. Bu gün GİN-in Voleybol Mərkəzində Ukrayna və Rumıniya yığmaları üz-üzə gəliblər.
Oyun Ukrayna komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi 1-ci turda növbəti oyununu sabah Ukrayna yığmasına qarşı keçirəcək. Görüş GİN-in Voleybol Mərkəzində baş tutacaq oyun saat 18:00-da başlayacaq.
Qızıl Avropa Liqası (#EuroLeagueM)
Kişilər
I tur (Azərbaycan)
18 may
Rumıniya - Ukrayna 1:3 (25:20, 21:25, 23:25, 19:25)
