Azərbaycanlı Atlet Anna Skidan Polşada Çempion Oldu

Polşanın Xujov şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialı keçirilib.

Mötəbər yarışda ölkəmizi təmsil edən Anna Skidan parlaq çıxışı ilə yadda qalıb. Skidan, çəkic atma yarışında 73.25 metr nəticə göstərərək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, idmançımızın çempionluq yolunda geridə qoyduğu rəqibləri arasında üçqat Olimpiya çempionu, dünya rekordçusu, əfsanəvi atlet Anita Vlodarçik də olub.

Müəllif: Bəhruz MƏMMƏDOV