Gimnastlar fərdi çıxışlarda final mərhələsinə vəsiqə qazandılar

22-26 may tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə qazandıqları bir medal ilə kifayətlənməyən milli komandamızın gənc fərdi gimnastlarının hər biri fərdi çıxışlarda final mərhələsinə vəsiqə qazandılar:

- Gövhər İbrahimova (halqa)

- Şəms Ağahüseynova (lent)

- İlahə Bahadirova (top)

- Fidan Qurbanlı (gürzlər)

Müəllif: Bəhruz MƏMMƏDOV