Sabah" ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion oldu

24 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  final seriyasının 4-cü oyunu baş tutub.

"Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah", yekunda 74-69 hesablı qələbə qazanıb.

Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah", arxa-arxaya ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib

Müəllif: Məsim MƏSİMZADƏ