Nazim Babayev Balkan Çempionatında bürünc medal qazandı

Türkiyənin İzmir şəhərində atletika üzrə 77-ci Balkan çempionatına start verilib.

Yarışın ilk günündə Nazim Babayev uğurlu çıxışla yadda qalıb. Uzunluğa tullanma növündə Babayev 7.83 metr nəticəyə nail olub.

Bu göstərici ilə atletimiz mötəbər yarışın bürünc medalını qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV