Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) iki hakimi B kateqoriyalı beynəlxalq status alıb.

ACF-dən verilən məlumata görə, Pərviz Hüseynov və Mehman İmamquliyev Avstriyanın Qrats şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunmuş imtahandan uğurla keçiblər.

İlkin olaraq hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra iyunun 1-2-də keçirilmiş gənclər arasında Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.

Müəllif: Natiq NƏSİROV