Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ESTAFET/ Beləliklə, Tərtərdə sayca ikinci gimnastika yarışı başa çatdı. 2022-ci ildə təşkil olunan bədii gimnastika üzrə bölgələrarası kubokla müqayisədə budəfəki yarışda həm idmançı, həm də tamaşaçı sayında xeyli artım müşahidə olunub. 28 və 29 iyun tarixlərində davam edən yarışlarda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il, 2011 təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edib. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedib.

Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksində iki gün boyunca davam etmiş ölkə birinciliyində Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, “Grasiya” İdman Klubundan ümumilikdə 130 idmançı öz istedad və hazırlığını nümayiş etdirib.

Müəllif: Bəhruz MƏMMƏDOV