Qari Nevill İngiltərənin Slovakiya ilə oyununu tənqid etdi
ESTAFET/ “Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda futbol mütəxəssisi Qari Nevill İngiltərə yığmasının AÇ-2024-ün 1/8 finalında Slovakiya yığması ilə oyunundakı (2:0) çıxışını şərh edib.
İngilis mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:
“Biz inanılmaz dərəcədə bəxtəvər idik və ulduzlara təşəkkür etməli, göylərə baxmalı və hər şeyə görə yuxarıdakılara minnətdar olmalıyıq, çünki çox bərbad oynadıq. Ardıcıl dördüncü oyundur ki, pis oynayırıq, əlavə vaxtda da yaxşı oynamadıq, elə bil Slovakiya yığmasını özümüzə çəkirdik, sonda onların bəxti gətirmədi. İndi komanda nəyisə kökündən dəyişməlidir.
Sautqeytə görə şadam. Studiyada bizim hamımız onu tanıyırıq, o, əla oğlandır, çox dürüstdür, amma tezliklə tükdən asılı olduğunu anlayacaq”.