Azərbaycanı Koreyada təmsil edəcək parataekvondoçular bəlli oldu
ESTAFET/ Azərbaycanı Koreya Açıq Beynəlxalq Turnirində təmsil edəcək parataekvondoçular müəyyənləşib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin xəbərinə görə, Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək yarışa Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yollanacaq.
Qeyd edək ki, milli baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcək.