İspaniya dördüncü dəfə Avropa çempionu oldu

ESTAFET/ Bu gün Almaniyada təşkil olunmuş Avropa çempionatının final oyunu keçirilib.

Həlledici oyunda İspaniya və İngiltərə yığmaları üz-üzə gəliblər.

İspaniya yığması həlledici oyundan qalib ayrılmaqla 4-cü dəfə Avropa çempionu adını qazanıb. Bu komandaya qələbə gətirən qolları Niko Uilyams və Mikel Oyarzabal vurub. İngiltərə yığmasından isə Koul Palmer fərqlənib. Beləliklə İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

AÇ-2024
Final

14 iyul 2024

İspaniya – İngiltərə 2:1
Qollar: Niko Uilyams 47, Mikel Oyarsabal 86 : Koul Palmer 73
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu

İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata

İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn 

Müəllif: Natiq NƏSİROV