Finalın ən yaxşı oyunçusu bəlli oldu

ESTAFET/ Almaniyada təşkil olunan Avropa çempionatında İspaniya və İngiltərə arasında təşkil olunan final matçının ən yaxşı oyunçusu müəyyənləşib.

İspaniya yığmanının üzvü Niko Uilyams oyunun ən yaxşısı adına layiq görülüb.

Uilyams İspaniya - İngiltərə matçının 47-ci dəqiqəsində fərqlənib. Onun komandası AÇ-2024-ün qalibi olub.

Müəllif: Natiq NƏSİROV