Azərbaycanın amputant millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Yığma 9-12-ci yerlər uğrunda qarşılaşmada Şotlandiya ilə üz-üzə gəlib.
Qarşılaşma millinin qalibiyyəti ilə bitib - 2:1.
Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb - 2:1.
