Leyla Abdullayeva: “Paris-2024” Azərbaycan idmançıları üçün ən möhtəşəm olimpiya olacaq

Möhtəşəm qələbəmizin sevincini yaşayırıq. Olimpiya Oyunları davam edir, qələbəmizin ardı gələcək, buna çox inanırıq. Bu gün bizim üçün çox əlamətdar gündür, çünki cüdodan 2-ci qızıl medalımızı qazandıq.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, digər idman növləri üzrə də qızıl medallar gözləyirik. Boks üzrə idmançılarımız da yarışlara başlayırlar. Qarşıdan gələn günlərdə onlardan da qızıl medalımız olacaq. Çox sevinirik. Sevinc, qürur, fəxr, həyəcan dolu xoş qarışıq hisslər içərisindəyik. Səfir qeyd edib ki, burada yaşayan bütün azərbaycanlılar idmançılarımızı yüksək səviyyədə dəstəkləyir. İdmançılarımız da bilirlər ki, bütün xalqımız onlarladır.

Deyə bilərik ki, idmançılarımız Paris-2024 Olimpiya Oyunlarında tarix yazırlar.

Medal proqnozu ilə bağlı səfir L.Abdullayeva bildirib ki, idmançılarımızdan maksimum 9-dan çox medal gözləyir.

“Paris-2024” Yay Olimpiya Oyunları Azərbaycan idmançıları üçün ən möhtəşəm olimpiya olacaq”, - deyə səfir Leyla Abdullayeva vurğulayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV