"Sevincdən üç gündür yatmıram" :Zelim Kotsoyev

Paris-2024 Yay Olimpiya Oyunlarında Qızıl Medal Qazanan Zelim Kotsoyev: "Çox Yaxşı Hiss Edirəm və Eyforiyadayam"

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, ölkəmizə qızıl medalla qayıtdığı üçün sevincli olduğunu bildirib: “Hətta 3 gündür sevincimdən yata bilmirəm. Azərbaycana qızıl medalla qayıtdığım üçün çox şadam. Mənim üçün dua edən, nigaran qalan, dəstəkləyənlərin ümidlərini doğrultduğum üçün də xoşbəxtəm”.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.

Müəllif: Natiq NƏSİROV