Azərbaycan Savat Federasiyası "Bir Damla Qan Minlərlə Ümid" Kampaniyası təşkil edib

Azərbaycan Savat Federasiyası, Azərbaycan Qan donorluğu inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunmuş "Bir damla qan minlərlə ümid" kompaniyasını təşkil edib. Federasiyanın idarə heyətinin üzvləri, mətbuat katibi, hakimləri, məşqçiləri və milli yığmanın idmançıları Mərkəzi Qan Bankında könüllü olaraq qan veriblər.

Kompaniyanın məqsədi, qan ehtiyacı olan xəstələrə yeni ümid bəxş etməkdir.Federasiya prezidenti də kompaniyanın əhəmiyyətini vurğulayaraq, hər kəsi bu cür aksiyalarda fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, bu təşəbbüs, gənclərin və idmançıların sosial fəaliyyətlərdə fəal iştirakının artırılmasına və cəmiyyətə faydalı olmasına xidmət edir.

Müəllif: Bəhruz MƏMMƏDOV