Millimiz Avropa çempionatı təsnifatında ilk matçını avstriyaya qarşı keçirəcək

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.

B qrupunda yer alan komandamız ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyunumuz isə avqustun 24-də Bakıda Belçika yığmasına qarşı olacaq.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millimizin yekun heyəti belədir:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli

2026 Avropa çempionatı (təsnifat mərhələsi)

B qrupu

17 avqust

20:30. Avstriya - Azərbaycan

(Saat yerli vaxtla göstərilib)

Müəllif: Bəhruz MƏMMƏDOV