Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib. Bakı bulvarında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıb.

Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı çempionatında qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıb.

Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdir.

1X500m FA oğlanlar (2007-2008)

1-ci yer: AZƏR İLYASOV

2-ci yer: CAHANGİR MƏMMƏDLİ

3-cü yer: TUNAR MƏMMƏDZADƏ

 

K1 500m FA oğlanlar (2007-2008)

1-ci yer: AMİL RAMAZANOV

2-ci yer: TENGİZ QAQNİDZE

3-cü yer: EMİL ZEYNALOV

 

1X500m FA oğlanlar (2009-2010)

1-ci yer: MƏHƏMMƏD ƏLİZADƏ

2-ci yer: SABİT ABDULLAYEV

3-cü yer: ÜMİD ABBASZADƏ

 

K1 500m FA oğlanlar (2009-2010)

1-ci yer: ƏLİMURAD HACIZADƏ

2-ci yer: VACİB BABAYEV

3-cü yer: HÜSEYN HÜSEYNOV

 

1X500m FA oğlanlar (2011-2012)

1-ci yer: YUSİF ƏLİYEV

2-ci yer: HƏSƏN CƏFƏRZADƏ

3-cü yer: NİKİTA KLEYMYONOV

 

K2 500m FA oğlanlar  (2007-2008)

1-ci yer: ELVİN ƏLİYEV və NİYAZ MƏLİKOV

2-ci yer: SÜBHAN HƏSƏNOV və QİYAS ƏHMƏDOV

3-cü yer: RÜFƏT HƏSƏNZADƏ və TENGİZ QAQNİDZE

 

C1 500m FA oğlanlar (2007-2008)

1-ci yer: CAVİD VƏLİZADƏ

2-ci yer: HÜSEYN SƏMƏDLİ

3-cü yer: NİHAD HACIYEV

 

K2 500m FA oğlanlar (2009-2010)

1-ci yer: VACİB BABAYEV və ƏLİMURAD HACIZADƏ

2-ci yer: İVAN VOROBJANSKİY və HÜSEYN HƏSƏNOV

3-cü yer: TAMERLAN MEHRƏLİYEV və SƏİDAĞA KƏRİMOV

 

1X500m FA qızlar (2007-2009)

1-ci yer: VALERİYA VASKOVSKAYA

2-ci yer: FATİMƏ MƏHƏRRƏMLİ

3-cü yer: ANNA KOROPKOVA

 

K1 200m FA oğlanlar (2007-2008)

1-ci yer: AMİL RAMAZANOV

2-ci yer: QİYAS ƏHMƏDOV

3-cü yer: RİAD İSMAYILZADƏ

 

K1 200m FA oğlanlar (2009-2010)

1-ci yer: ƏLİMURAD HACIZADƏ

2-ci yer: TAMERLAN MEHRƏLİYEV

3-cü yer: HÜSEYN HƏSƏNOV

 

K1 200m FA oğlanlar (2011-2012)

1-ci yer: MUSTAFA VƏLİZADƏ

2-ci yer: ELMİR TARVERDİYEV

3-cü yer: RASİM MƏMMƏDOV

 

K2 200m FA oğlanlar (2007-2008)

1-ci yer: SÜBHAN HƏSƏNOV və QİYAS ƏHMƏDOV

2-ci yer: RÜFƏT HƏSƏNZADƏ və TENGİZ QAQNİDZE

3-cü yer: NİHAD QULİYEV və ELVİN ƏLİYEV

 

C1 200m FA oğlanlar (2007-2008)

1-ci yer: CAVİD VƏLİZADƏ

2-ci yer: NİHAD HACIYEV

3-cü yer: HÜSEYN SƏMƏDLİ

 

K2 200m FA oğlanlar  (2009-2010)

1-ci yer: SƏİDAĞA KƏRİMOV və TAMERLAN MEHRƏLİYEV

2-ci yer: MARAT ÇEKMARYOV və ÖMƏR QƏMƏRLİ

3-cü yer: İBRAHİM MƏMMƏDZADƏ və SƏRHAD FƏHRADLI

 

K2 200m FA oğlanlar (2011-2012)

1-ci yer: MUSTAFA VƏLİZADƏ və RASİM MƏMMƏDOV

2-ci yer: SƏNAN CƏFƏRZADƏ və ELMİR TARVERDİYEV

3-cü yer: CAMAL KƏRİMOV və HÜSEYN FEYZİYEV

Müəllif: Bəhruz MƏMMƏDOV