Esra Məmmədli DÇ-də 5-ci oldu

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Mundialın üçüncü günündə qızlardan ibarət millinin iki üzvü mübarizəyə qoşulub.

Esra Məmmədli (49 kq) 1/8 finalda qırğızıstanlı Feruza Akmatbekova üzərində inamlı qələbə qazanıb – 8:1. Güləşçimiz macarıstanlı Sonya Nemetə də 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Məmmədli finalın bir addımlığında yaponiyalı Utaha Yui ilə bacarmayıb – 0:9. Esra növbəti gün bürünc medal uğrunda Polina Boçkaryova ilə güləşib. Rusiyalı rəqibinə 0:9 hesabıyla məğlub olan Məmmədli 5-ci yerlə kifayətlənib.

Fidan Babayeva (57 kq) debütdə belaruslu Palina Brahinetsə 0:2 hesabıyla məğlub olub.

Müəllif: Natiq NƏSİROV