Fərid Qayıbov Şəmkir və Gədəbəy rayonlarında vətəndaşların müraciətlərini dinlədi

Avqustun 23-də gənclər və idman naziri Fərid Qayıbov Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib. Qəbuldan öncə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəmkir Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Müəllif: Bəhruz MƏMMƏDOV