Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Məlumatı: Neftçilər prospektinin bu hissəsi nəqliyyata məhdudlaşacaq

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma  işləri  davam edir.

Belə ki, 27 avqust 23:59-dan 28 avqust 05:45-ə qədər yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Müəllif: Natiq NƏSİROV