Azərbaycan milli komandası "Technoxian-2024" çempionatında dünya çempionu: 1 qızıl, 2 bürünc medal

ESTAFET/ Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu oldu.

Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komandamız “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi oldu. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV