“Sabah”ın ÇL oyununun vaxtı dəqiqləşdi

ESTAFET/ "Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşib.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv sentyabrın 17-də meydana çıxacaq.

İsveçin "Norrçepinq Dolfins" klubu ilə 1/4 final matçı Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qarşılaşma Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunacaq.

Müəllif: Məsim MƏSİMZADƏ