Uill Smit Paddokda göründü

Yarış həftəsonunda konsert proqramı üçün Bakıya səfər edən dünya ulduzu Uill Smit bugün Paddokda görünüb.

O, Formula 1 qarajlarına baş çəkərək məşhur komandalar və pilotlarla görüşüb. Amerikalı aktyor həmçinin burada öz fanatlarını salamlayıb, kameralar qarşısında müsahibə verib.

Qeyd edək ki, Uill Smit Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün ilk günü möhtəşəm performansı ilə azarkeşlərə unudulmaz gecə yaşatdı.

Müəllif: Natiq NƏSİROV