Əlilliyi olan uşaq və gənclərin yay düşərgəsi təşkil olunub

Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində əlilliyi olan gənclər üçün düşərgə keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi, "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan düşərgədə 100 nəfər uşaq və gəncə, onların valideynlərinə tibbi maarifləndirmə, inklüziv təhsil, əlilliyi olan şəxslərin hüquqları haqqında maarifləndirici təlimlər və ustad dərsləri keçirilib, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif fəaliyyətlər təşkil olunub.

Düşərgənin keçirilməsində məqsəd əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyasına, sosiallaşmasına, ailələrin maariflənməsinə dəstək göstərməkdir.

Müəllif: Bəhruz MƏMMƏDOV