Fərid Qayıbov Zaqatala və Balakən rayon sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 26-da Zaqatala və Balakən rayon sakinlərini qəbul edib.

Qəbuldan öncə Balakən rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sonra nazir Fərid Qayıbov Balakən Gənclər Evinin mövcud vəziyyəti ilə tanış olub. Burada görülən işlər və layihələrlə maraqlanıb.

Balakən Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Müəllif: Bəhruz MƏMMƏDOV