"AZERRAIL" Kişilər Komandası Avropa Kuboku 1/4 Finalında Ukrayna rəqibi ilə qarşılaşır

Çimərlik voleybolu üzrə klublararası “Avropa Kuboku”nun (Beach Volley European Cup) qrup mərhələsində bütün rəqiblərinə qalib gələrək 1/4 finala yüksələn “AZERRAIL”in kişilərdən ibarət komandasının bu mərhələdəki rəqibi müəyyən olunub. 

Fransanın Montpellier şəhərində təşkil olunan yarışın 1/4 final mərhələsində komandamızın rəqibi Ukraynanın “Sunrise Beach Sports Academy” klubu olacaq.

12 oktyabr 

Oyun günü

15:15. “AZERRAIL” - “Sunrise Beach Sports Academy” (UKR)
16:00. “AZERRAIL” - “Sunrise Beach Sports Academy” (UKR)
(Oyunların başlanma saatı Fransa vaxtı ilə göstərilib)

Müəllif: Bəhruz MƏMMƏDOV