Triatlon üzrə Ölkə çempionatı keçirilib

Oktyabrın 6-sı Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə Pirallahıda Triatlon üzrə Ölkə çempionatı keçirildi.

Yarışda ümumilikdə 140 idmançı gücünü sınadı. İlk hissədə böyüklər 750 m üzüb, 20km velosiped sürüb, 5 km qaçaraq finişə çatdılar. İkinci hissədə isə 15 yaşa qədər idmançılar super sprint məsafəsində yarışdılar. Turnirə həm fərdi, həm də komanda şəklində qoşulanlar var idi.

Qaliblərə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, Bakı Şəhər Halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Hacıyeva və  Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseyinov təqdim etdi.

Bu günün qalibləri:

U-15 oğlanlar

1. Riad Abbaszadə 
2. Nihat Xudiyev 
3. Raul Mahmudlu 

U-15 qızlar

1. Zəhra Cavadzadə 
2. Qasımzadə Xədicə
3. Mainitckaia Marqarita 

U-17 oğlanlar

1. Əli Rzazadə 
2. Tamerlan Musayev 
3. Yaşar Əgər 

U-23 (Elit, kişilər)

1. Nikita Sıtov 
2. Musa Mikayılzadə 
3. Vüsal İsgəndərli 

U-23 (Elit, qadınlar)

1. Milanə Xəlilova 
2. Leyla Abduləzizova 
3. Rəbiyə Orucova 

Komanda (estafet, kişilər)

1. "DiN"

Emil İbrahimova 
Maksim Polikarpov 
Elşad Nəsibov 

2. "Triump"

Cəfər Məmmədov 
Vüqar Salahov 
Mehdi Əkbərov 

3. "AOİK" (Abşeron)

Nurlan Mahmudzadə 
Yusif Nəcəfov 
Rasim Rzayev 

Komanda (estafet, qadınlar)

1. "Trikids Baku" 

Tatyana Kuznetsova 
Liiia Smirnova 
İrina Xalilova 

2. "Trikids Baku" 

Tamilla Akverdiyeva 
Ceyla Həşimova 
Nailə Maqduyeva 

3. "Trikids Baku" 

Anna Belousovs 
Ülfət Nəzərli 
Tatyana Tirafimova 

Komanda (estafet, MİX)

1. "Trikids Baku" 

Mədinə Aslanova 
Ağaşərif Əliyev 
Anar Rəhimov 

2. "Triump" 

Nihad Sadıqzadə 
Hüseyn Kazımov 
Nəzrin İsbəndiyarova

3. "Aura"

Mahir Ağamirzəyev 
Rza Məcidov 
Vəfa Musayeva

Müəllif: Bəhruz MƏMMƏDOV