Ölkəmiz ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək.

24 və 25 may tarixlərində Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Bu millilər arasında həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımızda iştirak edəcəklər.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ