“Mingəçevir Reqatası” ərəfəsində komandalarla iclas baş tutdu

Akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib.

Tədbirdə yarışın keçirilmə qaydaları komanda təmsilçilərinə ətraflı izah edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin idmançıların çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi keçirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV