"İldən-ilə nəticələrimiz yaxşılaşır": Vüsal Qurbanov

ESTAFET/ Azərbaycan Kanoe Federasiyası ənənəvi olaraq, işğaldan azad olunmuş ərazilərdə yarışlar keçirir.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov bildirib. 

"Federasiyamız daha bir yeniliyə imza atır. İşğaldan azad olunana daha bir bölgədə yarış keçiriləcək. Sabah, Oktyabr 17-də Füzulinin işğaldan azad olunma günü ilə əlaqədar olaraq Aşağı Köndələnçay su anbarında yarış keçiriləcək və "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi olacaq" -deyə Vüsal Qurbanov bildirib.

Vüsal Qurbanov idmançılarımızın son nəticələrindən və bu yarışda gözləntilərindən də danışıb.

"Komandalarımız daim təlim-məşq prosesi keçirlər. Təlim-məşq prosesləri Bakı və Mingeçevirdə keçirilir. Bu da öz müsbət nəticəsini göstərir. Nəticələrimiz ildən-ilə yaxşılaşır"-deyə federasiyanın mətbuat katibi qeyd edib.

Müəllif: Bəhruz MƏMMƏDOV