“Barselona” Yamalla razılığa gəldi

ESTAFET/ “Barselona”nın 17 yaşlı yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamalın komanda ilə cari əmək müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Müqavilənin bitməsinə iki ildən az vaxt qalsa da, Kataloniya klubu bu xüsusda tam sakitdir.

Bunun əsas amili budur ki, “blauqrana” artıq Yamal ilə şifahi razılığa malikdir. Gələn yay, futbolçu yetkinlik yaşına çatanda, onun müqaviləsinin müddəti 2029/2030-cu illər mövsümünün sonuna qədər uzadılacaq.

Vurğulanır ki, yeni müqavilə imzalandıqdan sonra Yamal maaşında ciddi artım olacaq.

Müəllif: Natiq NƏSİROV