Füzulidə reqata iştirakçılarının rəsmi paradı olub

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı təşkil olunub.

Paradda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edib. Yarışçılar Füzuliyə qədər yürüş edərək turnirin keçiriləcəyi əraziyə çatıb.

Dünən Mingəçevirdə başlayan reqata bu gün Aşağı Köndələnçay su anbarında davam edir.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilir və oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV