“Neftçi”dən ilk qələbə

ESTAFET/ Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Bu gün daha 2 oyun baş tutub.

Əvvəlcə “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edib və minimal hesabla uduzub.

Günün digər oyunu “Neftçi” ilə “Səbail” arasında keçirilib. Dörd qolluq qarşılaşmada "ağ-qaralar" mövsümdəki ilk qələbələrini rəsmiləşdiriblər. 

Turun ilk oyun günündə “Kəpəz” “Qarabağ”a 0:5 hesabıyla uduzub. “Zirə” – “Sabah” və “Sumqayıt” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
10-cu tur

19 oktyabr 2024

“Şamaxı” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos 73
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
Şamaxı şəhər stadionu. 15:30.

Şamaxı: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov, 4. Adil Nağıyev (k), 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 11. Conatan Benteke, 20. Leroy Mikels, 7. Georgi Kantariya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.

“Neftçi” – “Səbail” 3:1
Qollar: Ramil Şeydayev 45+3, Dembo Darbo 58, 67 : Samir Abdullayev 90+3
Qırmızı vərəqə: Edvin Kuç, 81.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
Bakı. “Neftçi Arena”. 18:00.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darbo, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 10. David Qomis, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Bouali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Müəllif: Natiq NƏSİROV