Azərbaycan boksçularından AÇ-də 4 medal
ESTAFET/ Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.
Yığmamız qitə ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.
Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kq çəkidə çıxış edən boksçumuz finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ondan öncə Tural Sarıyevlə (48 kq) Nicat Hüseynov (51 kq) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kq) isə üçüncü yeri tutub.