Azərbaycan Basketbol Liqasında (ABL) 2-ci turun açılış oyunu baş tutub

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə "Naxçıvan" və NTD klubları üz-üzə gəliblər.

Əlavə vaxta gedən oyunun yekununda, "Naxçıvan" rəqibi üzərində 72-71 hesablı qələbə qazanıb. Qarşılaşmanın ən dəyərli basketbolçusu "Naxçıvan" klubundan Cermeyn Merrou (23 xal, 7 ribaund, 5 asist) seçilib.

Müəllif: Məsim MƏSİMZADƏ