Dünya çempionatında Rəşad gümüş, Xasay bürünc medal qazandı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Mundialda yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Rəşad Məmmədov (55 kq) amerikalı Villiam Sullivana (12:4), kolimbiyalı Xristafor Aquilara (9:0) və yaponiyalı Kohey Yamaqivaya (12:2) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə iranlı Əli Əhmədiyə 3:11 hesabıyla məğlub olan Rəşad dünya çempionatını gümüş medalla başa vurub.
Ziya Babaşov (63 kq) üçün 1/8 finalda poşalı Mairbek Salimov keçilməz olub – 0:8.
Xasay Həsənli (77 kq) ermənistanlı Matrik Petrosyana xalların keyfiyyətinə görə (2:2) qalib gəlsə də, 1/8 finalda almaniyalı Samuel Bellşeidtə 0:5 hesabıyla məğlub olub. Həsənli təsəlliverici görüşlərdə belçikalı İbrahim Tabayevlə (3:2) rusiyalı İsmail Baraxoyevdən (5:3) güclü olub. Gürcüstanlı Temuri Orjonikidze üzərində də inamlı qələbə (7:1) qazanan Xasay bürünc medalı boynundan asıb.
Cocu Səmədov (87 kq) debütdə polşalı Adam Qardziolaya 1:4 hesabıyla uduzub.
Sərxan Məmmədov (130 kq) 1/8 finalda belaruslu Pavel Qlinçuka minimal fərqlə yenilib – 4:5.
Beləliklə, millimiz mundialı 1 gümüş və 2 bürünc medalla vurub. Xatırladaq ki, ötən gün Nihad Quluzadə (60 kq) dünya üçüncüsü olub.