Polşada Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresi keçirilib

Polşanın Varşava şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresi keçirilib.

Konqresdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasını vitse-prezident Firdovsi Umudov təmsil edib. Tədbiri giriş sözü ilə açan EWF-in prezidenti Antonio Konflitti qonaqları salamlayıb və konqresin proqramı ilə bağlı iştirakçılara məlumat verib. Daha sonra sabah start götürəcək Avropa birinciliyinin texniki və hakim heyəti səsvermə yolu ilə təsdiqlənib. Bu il 55 yaşını qeyd edən Avropa Ağırlıqqaldırma Federasiyasının keçdiyi tarixi yol xatırlanıb. EWF tərəfindən Federasiya rəsmilərinə xüsusi hədiyyələr təqdim edilib. Konqresin gündəliyinə əsasən EWF-in yeni loqosu səsvermə yolu ilə təsdiqlənib.

İclasın sonunda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının xüsusi hədiyyəsi, 55 illiyini qeyd edən Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflittiyə təqdim edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV