Sərbəst güləş millimiz dünya üçüncüsü oldu
![](https://estafet.az/uploads/news/2024-10/_estafetaz_62ce4ec1f38c06af3af967775_o.jpg)
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.
Sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.
![](https://estafet.az/img/foto200x133.png)