Qadınlar və kişilər arasında Bakı şəhər çempionatı start götürüb

30 oktyabrda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatının ilk yarış günü keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 6 çəkidə 116 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günündə kişilər arasında -60 kq., - 73 kq. və -90 kq. çəki dərəcələrində, qadınlar arasında isə -48 kq., -57 kq. və -70 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
Qeyd edək ki, iki gün davam edəcək yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 238 cüdoçu medallar uğrunda mübarizə aparır.
Qalibların siyahısını təqdim edirik:
Qadınlar
-48 kq.
1. Şəfəq Həmidova
2. Mələkxanım Məmmədova
3. Aliyə İsmayılzadə
3. Günel İsmayılova
-57 kq.
1. Elmira Mustafayeva
2. Nəzakət Əzizova
3. Tuğraxanım Dadaşzadə
-70 kq.
1. Şəlalə Səlimzadə
2. Kəmalə Hüseynova
3. Mətanət Məmmədova
Kişilər
-60 kq.
1. Əhməd Rüstəmov
2. Məhəmməd Məmişov
3. Sadıx Məhərrəmov
3. Rəşad Məmmədov
-73 kq.
1. Mehdi Cəfərov
2. Taryel Şıxəliyev
3. Fəqan Məmmədli
3. Abdulla Əliyev
-90 kq.
1. Naim Hüseynov
2. Məhəmmədəli Əliyev
3. Ruslan Nəsirli
3. Canpolad Əliyev
