Voleybol üzrə ölkə kubokunda FİNAL həyəcanı!

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda  FİNAL həyəcanı.

Noyabrın 4-də qadın və kişi voleybolçular arasında ölkə kubokunun final qarşılaşmaları keçiriləcək.

GİN-nin Voleybol Mərkəzində baş tutacaq final oyunlarından dərhal sonra isə qaliblərin (qadın,kişi) mükafatlandırma və ölkə kubokunun bağlanış mərasimi baş tutacaq.

Ölkə kuboku

FİNAL (kişilər)

16:00. “AZERRAIL” - “Xilasedici”

FİNAL (qadınlar)

18:00. “Gəncə” - “Abşeron”

Oyundan sonra bağlanış mərasimi

Ünvan: GİN-nin Voleybol Mərkəzi

Giriş sərbəstdir

Müəllif: Bəhruz MƏMMƏDOV