Amorimin “yox” dediyi klublar məlum oldu
ESTAFET/ “Vest Hem” və “Əl-Nəsr” portuqal mütəxəssis Ruben Amorimlə müqaviləni vaxtından əvvəl ləğv etmək məqsədilə Lissabon “Sportinq”inə 10 milyon avro məbləğində ödəniş etməyə hazır olublar.
Buna rəğmən, adı çəkilən klubların nümayəndələri Amorimi razı sala bilməyiblər.
Portuqal mütəxəssis maliyyə əsaslı təkliflərə uymayıb və “Mançester Yunayted”dən gəlmiş iddialı təklifi dərhal qəbul edib.
Xatırladaq ki, Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında işinə noyabrın 11-də başlayacaq.