Azərbaycan Basketbol Federasiyası "Lucentum Basketball Hub" adlı beynəlxalq basketbol təşkilatının üzvüdür
"Lucentum Basketball HUB", dünya üzərində olan basketbol klublarını, akademiyalarını, federasiyaları və idman sənayesinin maraqlı tərəflərini bir araya gətirmək üçün təşkil olunmuş bir layihədir.
Bu yenilikçi təşkilat, işbirlikləri, seminarlar, təhsil və ortaq şəkildə irəliləmə üçün mərkəzi bir nöqtə olaraq xidmət göstərəcək, basketbolun həm meydanın daxilində, həm də xaricində öyrənilməsi və uğurlu olması üçün unikal məkanı təmin edəcək. "Lucentum Basketball HUB" gənc istedadlı və peşəkar oyunçuların inkişafını dəstəkləmək, məşqçilik metodlarını təkmilləşdirmək, ictimaiyyətlə əlaqani möhkəmləndirmək və idman elmi vasitəsilə innovasiyaları daha da asanlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə "Lucentum Basketball HUB"-ın, üzvləri arasındakı əlaqələr vasitəsilə məşqçilər və oyunçular üçün beynəlxalq imkanların təmin olunması prioritet məsələlərdən biridir.
Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən artıq Azərbaycan Basketbol Federasiyası da (ABF) aralarında güclü basketbol ənənələri olan Almaniya, Fransa, İspaniya, İtaliya, Litva, Latviya klublarının olduğu və ümumilikdə 24 ölkəni əhatə edən "Lucentum Basketball HUB" təşkilatının üzvüdür.