Bakıda “Green Future Golf Cup” turniri keçirilib

Noyabrın 17-də Azərbaycan Qolf Federasiyası və Xəyal Adası Qolf Klubunun birgə təşkilatçılığı ilə “Green Future Golf Cup” turniri keçirilib. Turnir qolf və təbiət arasındakı əlaqəni vurğulayaraq, sağlamlıq, dayanıqlılıq və ekoloji təcrübələrin önəmini nümayiş etdirmək məqsədini daşıyırdı.

Yarışda ümumilikdə 36 qolfçu iştirak edib. Bugünkü turnirin nəticələrinə görə, 3-cü yer Kim Kwang Il, 2-ci yer Christopher Smith, 1-ci yer isə Michael Young oldu.

Müəllif: Bəhruz MƏMMƏDOV