Milli basketbol komandamız irlandiya qarşısında məğlub oldu
Dünya Kubokunun ilkin təsnifat mərhələsinin qrup oyununda Azərbaycan milli basketbol komandası İrlandiya seçməsi ilə qarşılaşıb. Oyun 91-67 hesabı ilə İrlandiya yığmasının xeyrinə başa çatıb.
Bu, milli komandamızın qrup mərhələsindəki ikinci məğlubiyyəti oldu.
Növbəti oyun:
Millimiz 24 noyabr saat 14:00-da İsveçrə yığmasına qarşı növbəti qrup oyununa çıxacaq.
Komandamıza qarşıdakı görüşlərdə uğurlar arzulayırıq!