Qızlarımızın Belçika və Polşa seçmələri ilə oyunlardakı heyəti məlum olub

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket 2025) seçmə qrup oyunları çərçivəsində 6 fevral səfərdə Belçika və 9 fevral evdə Polşa yığmaları ilə keçirəcəyi son görüşlər üçün millimizin rəsmi heyəti müəyyənləşib.
İştirak ərizəsində yer almış 12 qadın basketbolçumuzun adlarını sizə təqdim edirik. Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubovadan ibarət olduqca gənc, yaş ortalaması 17.5 olan heyətimizə son oyunlarda uğurlar arzu edir və onları dəstəkləyirik.
