Qubada İdman Festivalının 5-ci günü bayram ab-havasında keçdi

“İdman Paytaxtı” Quba şəhərində keçirilən lll İdman Festivalının növbəti günü də maraqlı anlarla yadda qalıb. Bayram ab-havasında keçən tədbirin 5-ci günü Qubadakı Nizami Gəncəvi adına parkda davam edib.

Gün ərzində 23 idman növündə idmançılar nümunəvi çıxışlar edib, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılıblar.

Günün ikinci yarısında tədbirin rəsmi açılışı olub. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək festival iştirakçılarına uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsi gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.

Müəllif: Bəhruz MƏMMƏDOV