Fərid Qayıbov Qubada Festival iştirakçıları ilə tonqal ətrafında görüşdü

“İdman Paytaxtı” Quba şəhərində keçirilən lll İdman Festivalı çərçivəsində noyabrın 22-də gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, idmançılarla söhbət edib, onların suallarını cavablandırıb. Tədbir uşaqların yallı rəqsi ilə başa çatıb.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, “İdman səfirləri” - Aliyə Paşayeva, Fəridə Əzizova, Xəyyam Orucov, İlqar Qurbanov, Orxan Səfərov, türk güllə atıcısı, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Şevval İlayda Tarhan da iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV