Kişi idman gimnastlarımızın Daşkənddəki parlaq uğurları
13-16 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən kişi idman gimnastikası üzrə “Velvet Road” adlı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən millimizin üzvləri müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr göstərdilər.
Fərdi proqram üzrə gənc gimnastlar yaş kateqoriyasında çıxış edən Aydın Əlizadə (dayaqlı tullanma,13.649), (halqa,12.466) qızıl və gümüş (gimnastika atı,12.400), Miryusif Əhmədzadə (gimnastika atı,12.500) qızıl medal sahibi oldular.
Böyük gimnastlar yaş kateqoriyasında Nikita Simonov (halqa,14.700) qızıl, İvan Tixonov (gimnastika atı,13.966) və Murad Ağarzayev (dayaqlı tullanma,13.566) bürünc medal qazandılar.
Millimizin üzvləri böyüklər yaş kateqoriyasında komanda hesabı üzrə 3-cü yeri qazanaraq bürünc medala layiq görüldülər.
Komanda hesabında millimizi Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə, İvan Tixonov təmsil edib.
Eyni zamanda, yarışda yeniyetmələr yaş kateqoriyasında iştirak edən Bakı Gimnastika Məktəbinin nümayəndəsi İlham Salayev isə (müxtəlif hündürlüklü qollar,12.200) qızıl, (dayaqlı tullanma,11.866), (sərbəst hərəkətlər,12.133), (halqa, 11.400) gümüş və (çoxnövçülük, 67.399) bürünc medalın sahibi oldu.
Gimnastlarımızı bu nailiyyətləri münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!