Azərbaycanın kapoeyra millisinin üzvləri Braziliyada 3 qızıl medal qazanıblar
Kapoeyra üzrə Azərbaycan millisinin üzvləri Braziliyanın Curitiba şəhərində keçirilmiş “Difazio Capoeira” turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Kapoeyra Federasiyasından verilən məlumata görə, yeniyetmələrin mübarizəsində Dilqəm İsmayılov və Mehriban Hacıbabayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklərin yarışında isə Fərid Səlimov qızıl, Asya Atayeva gümüş mükafata yiyələnib.
Qeyd edək ki, Azərbaycan yığması turnirə baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi altında 5 idmançı ilə qatılıb.